Şənbə 27.04.2024

“Qarabağ” yeni mövsümə qələbə ilə başladı

“Qarabağ” yeni mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir oyunu keçirilib. Son ölkə çempionu “Qarabağ” “Sabah”ı qəbul edib. Qarşılaşma "CBC Sport"la canlı yayımlanıb.

Komandalar indiyədək çempionatda 7 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də "Qarabağ" qələbə qazanıbsa, 3 görüş heç-heçə başa çatmışdı. Budəfəki görüşdə də sevinən tərəf Ağdam klubu olub. Mahir Emreli dubl edərək "Qarabağ"a 3 xal qazanadırıb.

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə dünən start verilib. Açılış oyununda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0 məğlub edib, "Neftçi" evdə "Səbail"dən üstün olub – 2:1.

Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

1-ci tur

22 avqust

"Qarabağ" - "Sabah" - 2:0
Qollar: M.Emreli, 45; 68.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “Azersun Arena”.