Şənbə 20.04.2024

AFFA Əmir Ağayevlə bağlı FIFA-ya müraciət etdi

AFFA Əmir Ağayevlə bağlı FIFA-ya müraciət etdi

AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

AFFA-nın saytının verdiyi xəbərə görə, yarımmüdafiəçinin millinin təlim-məşq toplanışına çağırılması ilə bağlı "Atromitos" klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.