Cümə axşamı 25.04.2024

"Qarabağ"dan ardıcıl 6-cı qələbə!

"Qarabağ"dan ardıcıl 6-cı qələbə!

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion "Qarabağ" ilk turlardan qeyri-stabil qrafik cızan "Sumqayıt"ı qəbul edib. 5 oyundu məğlubiyyətin nə olduğunu bilməyən Ağdam təmsilçisi favoriti olduğu görüşdə də uğurlu seriyasını davam etdirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu oyunda 2 cavabsız qolla qalib gəlib. 45+2-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub - 2:0.

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qarabağ" xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. "Sumqayıt" isə 6 xalla 5-ci yerdədir.