Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulub. Son oyun günündə 1 qarşılaşma keçirilib. "Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü "Qəbələ"yə qarşı keçirib. Matç 1:1 hesabı ilə bitib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə avqustun 21-də start verilib. Hesabat turunda “Keşlə” “Sumqayıt”ı 1:0, “Neftçi” “Səbail”i 2:0, “Qarabağ” da “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)
"Qəbələ" – "Zirə" - 1:1
Qol: A.Məmmədov, 3 - A.Ramazanov, 28.
Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu