news-details
Xəbərlər

Azərbaycan Şahmat Olimpiadasında ¼ finala vəsiqə qazandı

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

Heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Aktivində 14 xal olan yığma qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yerləri tutublar.

İkinci və üçüncü yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə əldə ediblər.

Digər xəbərlər