Cümə 29.03.2024

"Bayern Münhen" Çempionlar Liqasının 6 qat qalibi oldu

"Bayern Münhen" Çempionlar Liqasının 6 qat qalibi oldu

UEFA Çempionlar Liqasının final matçı keçirilib. Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilən görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bayern Münhen"i üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç "Estadio da Luş" stadionunda keçirilib. Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasını qazanmış "Bayern" son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi.

Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası

Final

23 avqust

PSJ (Fransa) - “Bavariya” (Almaniya) - 0:1
Qol: Koman, 59.
Lissabon. "Estadio da Luş" stadionu.