Cümə 29.03.2024

Evdə 250-ci qələbə

Evdə 250-ci qələbə

“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, Premyer Liqada 2020/21 mövsümünün I turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib.

1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.

Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib (PFL).