news-details
Xəbərlər

57-ci legioner, 3-cü ispaniyalı

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib. Bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib. İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub.

Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub.

“Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib. Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib (PFL).

Digər xəbərlər