Şənbə 20.04.2024

UEFA “Qarabağ” – “Şerif” matçının hakimlərini dəyişdi

UEFA “Qarabağ” – “Şerif” matçının hakimlərini dəyişdi

UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib.

Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

UEFA daha əvvəl bu qarşılaşmanı Qazaxıstandan olan hakimlərə həvalə etmişdi. Görüşün baş hakimi Furkat Atajanov olmalı idi.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.