Şənbə 20.04.2024

"Neftçi" "Qəbələ"ni 3 cavabsız qolla məğlub etdi

"Neftçi" "Qəbələ"ni 3 cavabsız qolla məğlub etdi

Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Günün yeganə matçında mövsümə uğursuz start verən iki komanda - “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.

Son iki turda özünə gələn “Qəbələ”də uğurlu seriyanın davamını doğma meydanda gətirməyə çalışsa da, istəyinə nail ola bilməyib. Ardıcıl xal itkiləri ilə üzləşən paytaxt təmsilçisi bu görüşdə 3 cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

6-cı tur

28 sentyabr

“Qəbələ” – “Neftçi” - 0:3

Qollar: T.Axundov, 60. R.Əliyev, 73. S.Monroz, 89.

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov.

Qəbələ şəhər stadionu