Cümə 26.04.2024

UEFA Super Kuboku matçı azarkeşlərlə keçiriləcək

UEFA Super Kuboku matçı azarkeşlərlə keçiriləcək

"Sevilya" və "Bayern Münhen" klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlər də olacaq.

Bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, stadionun tutumunun 30 faizi fanatlar üçün açıq olacaq.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Qeyd edək ki, bu stadion 67 215 azarkeş tutumuna malikdir.