news-details
Xəbərlər

"Beşiktaş" Çempionlar Liqası ilə erkən vidalaşdı - VİDEO

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Bir oyundan ibarət olacaq mərhələnin matçları iki gündə keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. 4 qolun qeydə alındığı matçdan məğlub ayrılan Türkiyə təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Günün digər matçında səfərdə “Tirana”nı məğlub edən “Srvena Zvezda”, PAOK-la birgə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər