Cümə axşamı 28.03.2024

"Neftçi" mərhələ adladı, "Keşlə" və "Sumqayıt" avrokuboklarla vidalaşdı

"Neftçi" mərhələ adladı, "Keşlə" və "Sumqayıt" avrokuboklarla vidalaşdı

Uefa Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilib. Təmsilçimiz “Neftçi” avrokuboklarda ilk sınağında Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bir oyundan ibarət mərhələnin yeganə matçını evdə keçirib. Bu, baş məşqçi Füzuli Məmmədovun avrokuboklarda debütü olub. "Ağ-qaralar" çətin qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.

Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Sumqayıt” da bu gün ilk sınağına çıxıb.nDoğma meydanda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan Ayxan Abbasovun çalışdırdığı komanda bununla həm də avrokuboklarda debüt edib. İki penalti qoluna üzülən "Gənclik şəhəri" təmsilçisi mübarizəni startdaca dayandırıb.

"Keşlə" isə doğma meydanda Albaniya “Laçi”si ilə görüşüb. Azarkeşsiz və bir oyundan ibarət duelin qalibi Bakıdakı “ASK Arena”da müəyyənləşib. Əsas və əlavə vaxtda hesab açılmayıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Albaniya təmsilçisi mərhələ adlayan tərəf olub.

Avropa Liqası

1-ci təsnifat mərhələsi

27 avqust

"Neftçi" - "Şkupi" - 2:1
Qollar: S.Buqrin, 66. A.Krivotsyuk, 88 - D.Darbo, 90+3.
Hakimlər: Aleksandr Qolubev, Raymond Tatrik, Yevgeni Morozov, Artis Kenin (hamısı Latviya).
Bakı. “Bakcell Arena”.

"Sumqayıt" – "Şkendiya" - 0:2
Qollar: B.İbraimi, 56-pen. L.Doriev, 89-pen.
Qırmızı vərəqə: T.Mütəllimov, 89.
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).
Sumqayıt. “Kapital Bank Arena”.

"Keşlə" – "Laçi" - 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqə: Ş.Əliyev, 112 – L.Ramos, 72.
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).
Bakı. “ASK Arena”.