Cümə axşamı 25.04.2024

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra UEFA ölkələrin reytinq cədvəlini yeniləyib. Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.

"Neftçi" doğma meydanda Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" evdə eyni ölkənin digər təmsilçisi "Şkendiya"ya 0:2 uduzub "Keşlə" isə Albaniya "Laçi"si ilə dueldən məğlub ayrılıb.

Rumıniya təmsilçiləri Avropa Liqasında 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15,950-yə çatdırıb və yenidən əvvəlki mövqeyinə yüksəlib. Aktivində 15,875 xal olan Azərbaycan isə 26-cı sııraya düşüb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.