news-details
Xəbərlər

Əmir Ağayev də millimizin toplanışına qatılmayacaq

AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Qurumun saytının verdiyi xəbərə görə, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.

Daha əvvəl Dmitri Nazarov və Eddi İsrafilovun koronavirus səbəbiylə millinin toplanışında və UEFA Millətlər Liqasının oyunlarında iştirak edə bilməyəcəkləri açıqlanmışdı.

Digər xəbərlər