Cümə 19.04.2024

"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib. Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Bolqarıstanın “Çerno More” klubunun mərkəz yarımmüdafiəçisi Patrik Andradeni transfer edib.

Kabo Verdeli futbolçu ilə 2+1 il şərti ilə müqavilə imzalanıb. 2018-ci ildən “Çerno More” klubunda çıxış edən Andrade Ağdam təmsilçisində 6 nömrəli formanı geyinəcək. Varna klubunda 49 oyuna 5 qol vuran futbolçu peşəkar futbol həyatına ölkəsində – “Sportinq Prata”da başlayıb.

Onun karyerası əsasən Portuqaliya ilə bağlıdır. Andrade sözügedən ölkədə “Ribeyrao”, “Yoan”, “Moreyrenşe”, “Famalikao” və “Salqeyruş”un şərəfini qoruyub.