Cümə 19.04.2024

Azərbaycan Şahmat Olimpiadasının 1/4 finalında mübarizəni dayandırdı

Azərbaycan Şahmat Olimpiadasının 1/4 finalında mübarizəni dayandırdı

Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilib. Onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlib.

Yığma ilk dueldə rəqibinə 2:4 uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib. Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılıb. Burada Günay Məmmədzadə Monika Soçko ilə qarşılaşıb və məğlub olub. Bununla da Azərbaycan olimpiadada mübarizəni dayandırıb.

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı, ABŞ isə Ukraynanı məğlub edib. Polşa yarımfinalda Hindistanla, Rusiya isə ABŞ-la qarşılaşacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri bu gün, final isə avqustun 30-da gerçəkləşəcək.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1
Rauf Məmmədov - Radoslav Voytaşek 0:1
Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5
Gülnar Məmmədova - Karina Sifka 0:1
Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5
Xanım Balacayeva - Alisa Sviliçka 1:0

Azərbaycan - Polşa 4,5:1,5

Xanım Balacayeva - Alisa Sviliçka 0:1
Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5
Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0
Vüqar Əsədli - Şimon Qumularz 1:0
Rauf Məmmədov - Radoslav Voytaşek 1:0
Günay Məmmədzadə - Monika Soçko 1:0

"Armageddon"

Günay Məmmədzadə - Monika Soçko 0:1