Formula 1 üzrə dünya çempionatında Belçika Qran-prisi keçirilib.
Spa avtodromunda təşkil olunan mövsümün 7-ci yarışının qalibi "Mercedes" pilotu Lüis Hemilton olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.
Beləliklə, xalını 157-yə çatdıran Hemilton liderliyini daha da möhkəmləndirib. Ferstappen 110 xalla 2-ci, Bottas 107 xalla 3-cüdür.
Konstruktorların mübarizəsində isə "Mercedes" 264 xalla 1-ci, "Red Bull Racing Honda" 158 xalla 2-ci, "McLaren Ranault" isə 68 xalla 3-cü pillədə qərarlaşıb.
Növbəti yarış sentyabrın 4-6-da İtaliyada təşkil olunacaq.