news-details
Xəbərlər

"Sabah" "Səbail"ə, "Keşlə" "Zirə"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Müvəqqəti baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxacaq meydan sahibləri mövsümdə ilk qələbələrini qazanmağa çalışacaqlar.

Turun qapanış matçında da iki paytaxt təmsilçisi - “Keşlə” və “Zirə” qarşılaşacaq. Eyni xala malik komandaların dueli maraqla gözlənilir.

Turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”a evdə 2:0, “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:0 hesabıyla üstələyib.

Azərbaycan Premyer Liqası

6-cı tur

29 sentyabr

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı

Masazır. “Bank Respublika Arena”

19:45. “Keşlə” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev

Bakı. “ASCO Arena”

Digər xəbərlər