Cümə 29.03.2024

“Qarabağ” - “Molde” cütünün potensial rəqibi məlum oldu

“Qarabağ” - “Molde” cütünün potensial rəqibi məlum oldu

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç "Molde"sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək. Ölkə çempionu ilk oyununu evdə keçirəcək.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.