Cümə 19.04.2024

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi də müəyyənləşdi

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi də müəyyənləşdi

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" də öz potensial rəqibini tanıyıb.

İkinci raundda Türkiyə "Qalatasaray"ına rəqib olan "ağ-qaralar" növbəti mərhələnin püşkatma mərasimində səpələnmişlər səbətində yer alaraq, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə düşüb.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də olacaq. Qalib bir matçlıq sistemlə müəyyənləşəcək. Püşkə əsasən, "Neftçi" cütün meydan sahibi olacaq.