Cümə axşamı 28.03.2024

"Zirə" braziliyalı oyunçu ilə müqavilə bağladı

"Zirə" braziliyalı oyunçu ilə müqavilə bağladı

"Zirə" heyətini yeni oyunçu ilə gücləndirib. Klubun rəsmi "Facebook" sosial şəbəkə hesabının verdiyi xəbərə görə, "qartallar" Mateus Albino ilə anlaşıb.

25 yaşlı braziliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Albino daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina" klublarının da şərəfini qoruyub.