news-details
Xəbərlər

Millimizə yeni futbolçu çağırıldı

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.

AFFA-nın saytının məlumatına görə, “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi.

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.

Digər xəbərlər