Cümə axşamı 25.04.2024

Türkiyə millisi uduzdu, Almaniya İspaniya ilə heç-heçə etdi (Nəticələr)

Türkiyə millisi uduzdu, Almaniya İspaniya ilə heç-heçə etdi (Nəticələr)

UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib. İlk oyun günündə A,B,C və D liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

Türkiyə millisi doğma meydanda Macarıstanla üz-üzə gəlib və rəqibinə minimal hesabla uduzub.

Gecənin digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

UEFA Millətlər Liqası

2020/221 mövsümü, 1-ci tur

3 sentyabr

D Liqası, 1-ci qrup

Latviya – Andorra - 0:0

Farer adaları – Malta - 3:2
Qollar: K.Olsen, 25. A.Olsen, 87. B.Olsen, 90 – Deqabriele, 37. Aqius, 73.

A Liqası, 4-cü qrup

Almaniya – İspaniya - 1:1
Qollar: Verner, 51 – Qaya, 90+6.

Ukrayna – İsveçrə - 2:1
Qollar: Yarmolenko, 14. Zinçenko, 68 – Seferoviç, 41.

B Liqası, 4-cü qrup

Bolqarıstan – İrlandiya - 1:1
Qollar: Krayev, 56 – Daffi, 90+3.

Finlandiya – Uels - 0:1
Qol: Mur, 80.

B Liqası, 3-cü qrup

Rusiya – Serbiya - 3:1
Qollar: Dzyuba, 48; 81. Karavayev, 69 – Mitroviç, 78.

Türkiyə – Macarıstan - 0:1
Qol: Soboslay, 80.

C Liqası, 3-cü qrup

Moldova – Kosovo - 1:1
Qollar: Nikolaesku, 20 – Kololli, 71.

Sloveniya – Yunanıstan - 0:0