news-details
Xəbərlər

Neymar "Copa America"da oynaya bilməyəcək

27 yaşlı hücumçu 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarını saxlaya bilməyən PSJ-nin forvardı paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarını qırdığı və 15 iyun - 7 iyulda keçiriləcək Amerika Kubokunu buraxacağı müəyyənləşib.

Bu itkiyə rəğmən, Braziliya yığması Qətərə 2:0 hesabı ilə qalib gəlib. Hedsabı 16-cı dəqiqədə "Everton"nun yarımmüdafiəçisi Rişarlison açıb. "Mançester Siti"nin forvardı Qabriel Jezus isə bundan 8 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.

Digər xəbərlər