news-details
Xəbərlər

Millimiz UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxıb.

Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. İngiltərəli Kris Kavananın idarə edəcəyi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasına 0:2 məğlub olub.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

Azərbaycan - Lüksemburq - 1:2
Qollar: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48 (avtoqol), J.Rodriqes, 72-pen.
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Digər xəbərlər