Şənbə 20.04.2024

İngiltərə, Portuqaliya, Belçika və Fransa qələbə qazandılar (Nəticələr)

İngiltərə, Portuqaliya, Belçika və Fransa qələbə qazandılar (Nəticələr)

UEFA Millətlər Liqasında 1-ci turun növbəti oyunları keçirilib. 3-cü oyun günündə 9 qarşılaşma baş tutub.

Azərbaycan millisi də turnirdə mübarizəyə başlayıb. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib və məğlubiyyətlə üzləşib. Qrupun digər oyununda Kipr evdə Monteneqroya uduzub

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyaya minimal hesabla qalib gəlib. Belçika Danimarkanı cavabsız qollarla üstələyib. 3-cü qrupda isə Portuqaliya Xorvatiyanı darmadağın edib. Qrupun digər oyununda isə İsveç son dünya çempionu Fransaya 0:1 uduzub.

UEFA Millətlər Liqası

1-ci tur

5 sentyabr

A liqası, 2-ci qrup

İslandiya – İngiltərə - 0:1
Qol: Sterlinq, 90+1-pen.

Danimarka – Belçika - 0:2
Qollar: Denayer, 9. Mertens, 77.

A liqası, 3-cü qrup

Portuqaliya – Xorvatiya - 4:1
Qollar: Kanselo, 41. Jota, 58. J.Feliks, 70. An.Silva, 90+5. – Petkoviç, 90+1.

İsveç – Fransa - 0:1
Qol: Mbappe, 41.

C liqası, 1-ci qrup

Azərbaycan – Lüksemburq - 1:2
Qollar: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48 (avtoqol) J.Rodriqes, 72-pen.

Kipr – Monteneqro - 0:2
Qollar: Yovetiç, 60; 73.

C liqası, 2-ci qrup

Şimali Makedoniya – Ermənistan - 2:1
Qollar: Alioski, 5-pen. Nestorovski, 38-pen – Barseqyan, 90+4.

Estoniya – Gürcüstan - 0:1
Qol: Katçarava, 32.

D liqası, 2-ci qrup

Cəbəllütariq – San-Marino - 1:0
Qol: Torilla, 42.