Cümə axşamı 25.04.2024

Türkiyə və Almaniyadan heç-heçə, İspaniyadan darmadağın (Nəticələr)

Türkiyə və Almaniyadan heç-heçə, İspaniyadan darmadağın (Nəticələr)

UEFA Millətlər Liqasında 2-ci tura start verilib. A, B, C və D Liqalarında 10 qarşılaşma keçirilib.

İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A Liqasının 4-cü qrupunda İsveçrə səfərində qələbəni əldən verib. İspaniya isə Ukraynanı darmadağın edib.

B Liqasının 3-cü qrupunda Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gəlib. Şenol Günəşin komandası bu dəfə də qələbə qazana bilməyib.

UEFA Millətlər Liqası

2-ci tur

6 sentyabr

A Liqası, 4-cü qrup

İspaniya - Ukrayna - 4:0
Qollar: S.Ramos, 3-pen; 29. Fati, 32. Torres, 84.

İsveçrə - Almaniya - 1:1
Qollar: Vidmer, 58 – İ.Gündoğan, 14.

B Liqası, 3-cü qrup

Macarıstan - Rusiya - 2:3
Qollar: Sallai, 62. Nikoliks, 70 – Mirançuk, 15. Ozdoyev, 34. Fernandes, 46.

Serbiya - Türkiyə - 0:0

B Liqası, 4-cü qrup

Uels - Bolqarıstan - 1:0
Qol: Uilyams, 90+4.

İrlandiya - Finlandiya - 0:1
Qol: Yensen, 64.

C Liqası, 3-cü qrup

Sloveniya - Moldova - 1:0
Qol: Bohar, 28.

Kosovo - Yunanıstan - 1:2
Qollar: Berişa, 82 – Limnios, 2. Siovas, 51.

D Liqası, 1-ci qrup

Andorra - Farer adaları - 0:1
Qol: K.Olsen, 31.

Malta - Latviya - 1:1
Qollar: Nvoko, 15 – Gillamye, 25.