news-details
Xəbərlər

Kipr millisinin çalışdırıcısı: “Sırf bunun nəticəsində uğur qazana bilərik”

UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Kipr – Azərbaycan oyunu öncəsi Kipr milli komandasının mətbuat konfransı təşkil olunub. Baş məşqçi Yohan Valem bu görüşdə qalib gələcəklərinə inandığını ifadə edib:

“Monteneqro ilə matç bizim birinci oyunumuz idi. İlk təcrübədir. Bu oyunda müdafiə olunmaq baxımından yaxşı idik. Məğlub olsaq belə, məncə pozitiv məqamlar da oldu. Azərbaycan ilə oyuna gəldikdə isə, fikrimcə, futbolçular oyuna hazırdılar. Düşünürəm ki biz bu oyunda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, yaxşı heyətləri var.

Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu daha fərqli oyun olacaq. Öz futbolçularıma inanıram. Əhval-ruhiyyəmiz yüksək olmalıdır ki, bu yanaşma ilə meydana çıxaq. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında millimiz uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram.”

Komandanın üzvü Konstantinos Laifis isə bunları söyləyib: "İlk oyunda evdə Monteneqro yığmasına məğlub olduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi. Komandamız gənc futbolçulardan qurulub və müəyyən dəstəyə ehtiyacımız var. Hər bir futbolçu milli komanda üçün hər şey etməyə hazırdır. Yığmada çoxlu keyfiyyətli oyunçu var. Sabahkı oyun bizim üçün çox vacibdir. Tam gücümüzü ortaya qoymalıyıq. Qalib gəlməli olduğumuz oyundur və qələbə qazanacağımıza inanırıq".

Digər xəbərlər