news-details
Xəbərlər

Niderland millisi İtaliyaya uduzdu, Norveç 5 qolla sevindi (Nəticələr)

UEFA Millətlər Liqasında 2-ci turun növbəti oyunları keçirilib. A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda Niderland doğma meydanda İtaliya ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda minimal hesabla uduzublar.

Millimizin yer aldığı C liqasında Qazaxıstan Belarusa, Albaniya isə Litvaya məğlub olub.

UEFA Millətlər Liqası

2-ci tur

7 sentyabr

A liqası, 1-ci qrup

Bosniya və Herseqovina – Polşa - 1:2
Qollar: Hayradinoviç, 24 – Qlik, 45. Qrosiçki, 67.

Niderland – İtaliya - 0:1
Qol: Barella, 45+1.

B liqası, 1-ci qrup

Avstriya – Rumıniya - 2:3
Qollar: Baumqartner, 17. Onisivo, 81 – Alibek, 3. Qriqore, 51. Maksim, 70.

Şimali İrlandiya – Norveç - 1:5
Qollar: Makneyr, 6 – M.Elyunussi, 2. Haland, 7; 58. Sorlot, 19; 47.

B liqası, 2-ci qrup

Çexiya – Şotlandiya - 1:2
Qollar: Pesek, 12 – Daykes, 27. Kristie, 52-pen.

İsrail – Slovakiya - 1:1
Qollar: Elmkies, 90+1 – Duris, 14.

C liqası, 4-cü qrup

Qazaxıstan – Belarus - 1:2
Qollar: Aymbetov, 62 – Bordaçev, 53. Lisakoviç, 86.

Albaniya – Litva - 0:1
Qol: Kazlauskas, 53.

Digər xəbərlər