Çərşənbə 24.04.2024

"Sabah" mövsümdə ilk qələbəsini qazandı

"Sabah" mövsümdə ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Sabah" "Səbail"i qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb.

İlk hissəsi qolsuz bitən qarşılaşmanın 78-ci dəqiqəsində Coşqun Diniyev hesabı açıb. 7 dəqiqə sonra Cavid İmamverdiyev fərqlənib. Matçda son nöqtəni isə 90+6-cı dəqiqədə 19 yaşlı Şakir Seyidov qoyub.

Bu mövsüm ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdırıb və sonuncu yerdən qurtulub. "Səbail" isə 10 xalla ikinci sırada qalıb.