Cümə 19.04.2024

"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi

"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi

Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Klubun saytının verdiyi xəbərə görə, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 24 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.