news-details
Xəbərlər

Tahir Gözəl: "Molde"nin ədalətsizliyi bizi məyus edir"

“Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir”. Bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

Klub rəhbəri Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç təmsilçisi “Molde” ilə keçiriləcək oyunun məkanının dəyişdirilməsi variantına münasibət bildirib.

O, hadisələrin norveçlilərin lehinə işlədiyini söyləyib: “Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdir. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik.

AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".

Digər xəbərlər