Cümə 19.04.2024

Rəşad Sadıqovlu “Zirə”dən ilk qələbə

Rəşad Sadıqovlu “Zirə”dən ilk qələbə

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. Bu gün daha bir qarşılaşma keçirilib.

“Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşıb. İndiyədək çempionatda 11 dəfə üz-üzə gələn komandaların budəfəki duelində qonaqlar qələbəni bayram ediblər. Bu, Rəşad Sadıqovun baş məşqçi vəzifəsində ilk qalibiyyəti olub.

İlk oyun günündə “Neftçi” evdə “Sumqayıt”a 0:2 hesabıyla uduzubsa, “Keşlə” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – 0:0.

Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

2-ci tur

12 sentyabr

"Səbail" – "Zirə" - 1:2
Qollar: Ü.Abbasov, 80-pen - D.Volkov, 47. R.Qurbanov, 67-pen.
Matçın 55-ci dəqiqəsində Rauf Əliyev penaltidən yararlana bilməyib.
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
Bakı. “ASCO Arena”.