Çərşənbə axşamı 16.04.2024

Dominik Tim karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirində qalib oldu

Dominik Tim karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirində qalib oldu

Pandemiya dönəmində ilk “Böyük Dəbilqə” turniri olan US Open başa çatıb. Naomi Osakanın qadınların yarışında qələbə qazanmasından sonra kişilərin mübarizəsində də çempion bəlli olub. Həm də tarixdə ilk dəfə US opendə kişilərin mübarizəsində qalib tay-brekdə müəyyənləşib.

Finalda Almaniya təmsilçisi Aleksandr Zverev və avstriyalı Dominik Tim qarşılaşıblar. Dünya reytinqində 7-ci olan Zverev görüşə yaxşı başlayıb. Nəticədə o, ilk iki setdə 6:2 və 6:4 qalib gəlib. Bundan sonra Dominik Tim toparlanıb.

Dünya sıramalasında 3-cü olan avstriyalı raketka ustası 6:4 və 6:3 hesabları sayəsində görüşü tay-brekə daşıyıb. Burada görüş boyu Zverev üstün olsa da, son iki geymi qazanan Dominik qalib gəlməyi bacarıb.

Bununla da avstriyalı tennisçi karyerasında ilk dəfə "Böyük Dəbilqə" yarışını qazanıb.