Cümə axşamı 25.04.2024

Hemilton Rusiya Qran-prisinin qalibi oldu

Hemilton Rusiya Qran-prisinin qalibi oldu

“Mercedes”in britaniyalı pilotu Luis Hemilton Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi olub.

Soçi avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında pilotlar uzunluğu 5848 metr olan məsafədə 53 dövrə vurublar. Hemilton bütün rəqiblərini geridə qoyaraq bu mövsüm 9-cu qələbəsini qazanıb.

Onun komanda yoldaşı Valtteri Bottas yarışı ikinci, Şarl Lekler (“Ferrari”) isə üçüncü pillədə başa vurub.

Pilotların yarış cədvəlinə 322 xalla Luis Hemilton başçılıq edir. Bottas 249 xalla ikinci, Lekler isə 215 xalla üçüncüdür.

Konstruktorlar kubokunda isə “Mersedes” 571 xalla birinci yerdədir. Hesabında 408 xal olan “Ferrari” ikinci, “Red Bull Rasinq” 311 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış iki həftədən sonra Yaponiyada keçiriləcək.