• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

Millimizin hücumçusu əməliyyat olundu

Azərbaycan millisinin və İsveçrənin “Qrasshoppers” klubunun hücumçusu Renat Dadaşov Avstriyada əməliyyat olunub. Bu barədə 21 yaşlı futbolçu “İnstagram" səhifəsində məlumat yayıb:

"Həyatda eniş-yoxuşlar olur. Bunlar onun bir parçasıdır. İlk mərhələ geridə qaldı. Əvvəlkindən daha çox çalışmalı olduğum vaxt gəlib çatdı. Asan heç nə yoxdur, amma bunlar məni öldürmür, əksinə, daha da güclü edir.

Ailəm, dostlarım və komanda yoldaşlarım sağ olsunlar. Hər gün mənə dəstək olurlar. Həmçinin tibb işçilərinə də təşəkkür edirəm. Yenidən güclü olmaq üçün çox çalışacağam. Tezliklə görüşənədək!".

Digər xəbərlər