Çərşənbə axşamı 19.03.2024

“Neftçi” “Qalatasaray”a uduzdu

“Neftçi” “Qalatasaray”a uduzdu

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti avrokubok matçına çıxıb.

"Ağ-qaralar" Türkiyə nəhəngi “Qalatasaray”ı qəbul edib. Bir matçdan ibarət olan və tamaşaçısız keçirilən qarşılaşma "sarı-qırmızılı" klubun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray” növbəti mərhələdə Xorvatiyanın “Hayduk” komandası ilə ilə üz-üzə gələcək.

Avropa Liqası

2-ci təsnifat mərhələsi

17 sentyabr

"Neftçi" - "Qalatasaray" - 1:3
Qollar: M.Mbodj, 46 - M.Diane, 19; 63. K.Luyindama, 48.
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya).
Bakı Olimpiya Stadionu.