Çərşənbə axşamı 19.03.2024

"Qarabağ"ın pley-offda potensial rəqibləri bilindi

"Qarabağ"ın pley-offda potensial rəqibləri bilindi

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 16-da start verilən tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşib.

UEFA püşkatmadan öncə komandaları qruplara bölüb. Üçüncü qrupda yer alan Ağdam təmsilçisi Polşanın “Legiya” və Kosovonun “Drita” klubları arasında keçiriləcək oyunun qalibi ilə səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları oktyabrın 1-də keçiriləcək.