news-details
Xəbərlər

"Zirə" "Keşlə"yə uduzdu

Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib. "ASCO Arena"da "Keşlə" "Zirə"ni qəbul edib. Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə "Keşlə" iki qol vuraraq qələbə qazanıb. 53-cü dəqiqədə Ruslan Qurbanov, 64-də isə Lorenso Frutos fərqlənib. Bununla da qollarının sayını 4-ə çatdıran Frutos bombardirlər siyahısında vahid liderə çevrilib.

"Keşlə" isə xallarını 10-a çatdıraraq, 3-cü pilləyə yüksəlib. Əvəzində "Zirə" 7 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" öz meydanında "Sumqayıt"a 2:0, "Neftçi" səfərdə "Qəbələ"yə, "Sabah" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər