Çərşənbə axşamı 19.03.2024

I Divizionun başlama tarixi müəyyənləşdi

I Divizionun başlama tarixi müəyyənləşdi

Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib. Yarış 1 oktyabrda başlayacaq. 3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:

“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
MOİK
“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 sentyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi "youtube" kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.