Çərşənbə axşamı 19.03.2024

"Sabah" uruqvaylı qapıçı icarəyə götürdü

"Sabah" uruqvaylı qapıçı icarəyə götürdü

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib. Klubun saytının verdiyi xəbərə görə, paytaxt təmsilçisi uruqvaylı qolkiper Alvaro Villete ilə anlaşıb.

29 yaşlı oyunçu Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.

Qeyd edək ki, Alvaro Villete son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.