Cümə axşamı 25.04.2024

“Krasnodar” evdə, “Zalsburq” səfərdə qələbə qazandı (Nəticələr)

“Krasnodar” evdə, “Zalsburq” səfərdə qələbə qazandı (Nəticələr)

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. İlk oyun günündə üç qarşılaşma oynanılıb.

Rusiyanın "Krasnodar" komandası Yunanıstan PAOK-unu qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya "Zalsburq"u ilə qarşılaşıb. Bu matçda qonaqlar qalib gəliblər. Günün digər matçında isə Çexiya "Slaviya"sı Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.

Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

22 sentyabr

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1
Qollar: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32

“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2
Qollar: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

“Slaviya” (Çexiya) - “Midtyullann” (Danimarka) - 0:0