Cümə axşamı 25.04.2024

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, Almaniyanın "Bayern Münhen" klubundan Manuel Noyer ilə Robert Levandovski, İngiltərə “Mançester Siti”sindən isə Kevin de Brüyne ən yaxşı oyunçu adına namizəddir.

"Bayern Münhen"in baş məşqçisi Hans Flik, “Leyptsiq”i çalışdıran Yulian Naqelsman və İngiltərə "Liverpul"undan Yurgen Klopp ən yaxşı baş məşqçi nominasiyasında iddialıdır.

Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.