Çərşənbə 24.04.2024

UEFA Superkubokunu "Bayern Münhen" qazandı

UEFA Superkubokunu "Bayern Münhen" qazandı

Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib. 45-ci Super Kubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bayern Münhen"i ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilən qarşılaşmanı ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulan qolun müəllifi Xavi Martines olub.

"Bayern Münhen" tarixində ikinci dəfə UEFA Superkubokuna yiyələnib. Münhen komandası bu titula ilk dəfə 2013-cü ildə yiyələnib. Superkuboka cəmi bir dəfə yiyələnmiş "Sevilya" isə beşinci dəfə həlledici görüşdə məğlubiyyətlə üzləşib.

UEFA Super Kuboku

24 sentyabr

"Bayern Münhen" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1
Qollar: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. "Ferents Puşkaş" stadionu