Cümə 26.04.2024

"Legiya" - "Qarabağ" oyunu almanlara tapşırıldı

"Legiya" - "Qarabağ" oyunu almanlara tapşırıldı

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.

Oyun Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tobias Ştilerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək.

Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.