Çərşənbə 24.04.2024

“Sabah” “Səbail”ə, “Keşlə” “Zirə”yə uduzdu (Nəticələr)

“Sabah” “Səbail”ə, “Keşlə” “Zirə”yə uduzdu (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha 2 oyunu keçirilib.

İlk matç "ASCO Arena"da "Səbail" və "Sabah" komandaları arasında olub. Hesabı qonaqlar açsa da, ikinci hissədə iki qol vuran meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Günün digər oyununda da iki paytaxt klubu - “Keşlə” və “Zirə” üz-üzə gəlib. Bu qarşılaşmada isə qonaqlar qalib gəliblər.

IV turun açılış matçında "Qarabağ" səfərdə "Sumqayıt"la heç-heçə edib - 2:2. Tura sabah "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IV tur

26 sentyabr (şənbə)

“Səbail” – “Sabah” - 2:1
Qollar: Ə.İsmayılov, 56-pen. R.Əliyev, 71 – R.Şeydayev, 27-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

“Keşlə” – “Zirə” - 2:3
Qollar: S.Rodriqes, 10. D.Klots, 54 – K.Bauk, 21; 68. D.Volkov, 79-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”