Cümə 19.04.2024

“Neftçi” son anda məğlubiyyətdən qaçdı

“Neftçi” son anda məğlubiyyətdən qaçdı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Turun son qarşılaşması “Neftçi” ilə “Qəbələ” arasında keçirilib. Paytaxt klubu rəqibini “Dalğa Arena”da qəbul edib. “Ağ-qaralar” bu oyunda qələbə qazanmaqla turnir cədvəlində vahid liderə çevrilə bilərdi. Ancaq bölgə təmsilçisi buna imkan verməyib. "Neftçi" ikinci hissəyə əlavə olunmuş vaxtda məğlubiyyətdən qaça bilib.

Turun digər matçlarında "Səbail" evdə "Sabah"ı 2:1, "Zirə" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 2:2.

Azərbaycan Premyer Liqası

4-cü tur

27 sentyabr

“Neftçi” – “Qəbələ” - 1:1
Qollar: S.Buqrin, 90+4 – R.Muradov, 32.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Bakı. “Dalğa Arena”