news-details
Xəbərlər

"CBC Sport"dan açıqlama

Ölkənin bəzi şəhər və rayonlarında bu gecə saat 00:00-dan etibarən hərbi vəziyyətin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlaqədar olaraq "CBC Sport"un yayım proqramında dəyişiklik edilib.

Bu gecə canlı yayımlanması nəzərdə tutulan "Roma" - "Yuventus" və "Barselona" - "Vilyarreal" matçları proqramdan çıxarılıb.

Qarşıdakı günlərdə baş verəcək hər hansı dəyişikliklərlə bağlı əlavə məlumat veriləcək.

Hazırda bütün diqqətlər cəbhə bölgəsindən xoş xəbərlər çatdırılmasına yönəlib. Ordumuza yeni qələbələr arzulayırıq!

Digər xəbərlər