Cümə 29.03.2024

"Dinamo Kiyev", "Olimpiakos" və "Ferentsvaroş" ÇL-in qrup mərhələsində (Nəticələr)

"Dinamo Kiyev", "Olimpiakos" və "Ferentsvaroş" ÇL-in qrup mərhələsində (Nəticələr)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib.

Üçüncü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” Macarıstanda “Ferentsvaroş”la üz-üzə gəlib. İlk qarşılaşmada rəqibi ilə 3:3 heç-heçə edən norveçlilər səfərdə qolsuz bərabərliyə razılaşıb. Səfər qolları macarları növbəti mərhələyə çıxarıb.

Yunanıstanın “Olimpiakos” klubu Kiprin “Omoniya” komandası ilə, “Dinamo Kiyev” isə Belçika təmsilçisi “Gent”lə qolsuz heç-heçə edib. Hər iki duelin nəticəsinə əsasən, "Olimpiakos" və “Dinamo Kiyev” qrup mərhələsinə yüksəlib.

Çempionlar Liqası, pley-off mərhələsi

29 sentyabr

Cavab görüşləri

"Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0
Qollar: Vitali Buyalski, 9. Karlos De Pena, 36 (pen.), Jerson Rodrigeş, 49 (pen.)
İlk oyun - 2:1

"Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2

"Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3